22 C
Baku
9 Sentyabr 2025, 3:43
Baş xəbərSəhiyyə

Yaşıl çayın Altsheymer xəstəliyinə qarşı qoruyucu təsir göstərə biləcəyi məlum oldu

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, bu nəticələr Altsheymer xəstəliyinə qarşı dərmansız müalicə yanaşmasının mümkün ola biləcəyini göstərir. Söhbət nikotinamiddən (B3 vitamini forması) və epiqallokatexin qallatdan, yəni yaşıl çayın tərkibində olan güclü antioksidantdan gedir. Tədqiqat zamanı bu maddələrin sinir hüceyrələrində enerji istehsalı üçün əsas molekul olan GTP səviyyəsini bərpa etdiyi aşkarlanıb. Müşahidələr göstərib ki, qocalmış sinir hüceyrələrinin bu maddələrlə 24 saat ərzində müalicəsi nəticəsində GTP səviyyəsi gənc hüceyrələrdəki normal göstəricilərə qayıdır. Enerji balansının bərpası isə neyronların özünü təmizləmə funksiyasını aktivləşdirərək, Altsheymerin əsas əlamətlərindən biri sayılan amiloid zülal yığıntılarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

İsrail ordusu soyqırımı davam etdirir

Aynur Camal

Avstraliyada təyyarə qəzası: Pilot öldü

Aynur Camal

Elektrik cərəyanının vurması nəticəsində baş verən yanğın nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu