Image default
Siyasət

Yaşlanmanı yavaşlatmaq üçün 26 milyard dollarlıq proqram başlatdı

Bugun.tv xəbər verir ki, ABŞ-ın “The Wall Street Journal” nəşri Rusiya Prezidenti in yaşlanmanı yavaşlatmaq məqsədilə dövlət dəstəkli genişmiqyaslı proqram həyata keçirdiyini yazıb.

Məlumata görə, Kremlin dəstəklədiyi layihələr çərçivəsində 3D orqan çapı, laboratoriya heyvanlarında insan orqanlarının yetişdirilməsi, gen terapiyası və soyuq terapiya kimi texnologiyalar üzərində araşdırmalar aparılır.

Nəşrin iddiasına əsasən, Rusiya bu istiqamətdə həyata keçirilən layihələrə ümumilikdə 26 milyard dollar vəsait ayırıb.

Bildirilir ki, proqramın əsas məqsədlərindən biri 2030-cu ilə qədər insan orqanlarının problemsiz şəkildə dəyişdirilməsini mümkün etməkdir. Bu istiqamətdə bir sıra elmi-tədqiqat institutlarının fəaliyyət göstərdiyi qeyd olunur.

Məlumata görə, Putin ailə üzvlərindən biri də proqramın rəhbər heyətində təmsil olunur. Lakin onun fəaliyyəti barədə ətraflı məlumat açıqlanmayıb.

“The Wall Street Journal” yazır ki, Putin daha əvvəl də uzunömürlülük və yaşlanma problemlərinə xüsusi maraq göstərib. Hətta Çin Prezidenti ilə söhbətlərinin birində insanların gələcəkdə 150 yaşına qədər yaşaya bilməsi ehtimalını müzakirə etdiyi bildirilmişdi.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Odessaya raket zərbəsi endirdi: 3 nəfər həlak oldu

Aynur Camal

Məhəmməd Əsədullazadə: Prezident İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət daşıyır

Aynur Camal

ABŞ içməli su istehsalı obyektini raketlərlə hədəfə aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu