Bugun.tv xəbər verir ki, Yaxın Şərqdə davam edən münaqişələrin yaratdığı xammal böhranı Yaponiyada plastik məhsulların istehsalına ciddi təsir göstərib. Nəticədə ölkədə plastik torbalar, qida qabları və birdəfəlik əlcəklərin tədarükündə problemlər yaranıb.
Məlumata görə, Yaponiya plastik istehsalında əsas xammal hesab olunan naftanın böyük hissəsini Yaxın Şərqdən idxal edir. Təchizatın azalması səbəbindən polietilen istehsalı kəskin şəkildə aşağı düşüb. Bu isə supermarketlər, çörək sexləri və ictimai iaşə obyektlərində plastik məhsul çatışmazlığına səbəb olub.
Bəzi mağazalar müştərilərə əlavə plastik torba verməyi məhdudlaşdırıb, hətta bəzi çörəkxanalar məhsulları qablaşdırmaq üçün istifadə etdikləri plastik paketlərin tükəndiyini elan ediblər. Yerli hakimiyyət orqanları vəziyyətin müvəqqəti olduğunu bildirsə də, sənaye nümayəndələri problemin yaxın aylarda daha da dərinləşə biləcəyini istisna etmirlər.
Ekspertlər qeyd edirlər ki, böhran təkcə Yaponiyanı deyil, həmçinin Cənubi Koreya və Tayvan kimi Yaxın Şərq neftindən asılı olan digər Asiya ölkələrini də təsirləndirir.
Mənbə: Ensonhaber
