Bugun.tv xəbər verir ki, mütəxəssislər yayda süd məhsullarından hazırlanan yeməklərin faydalarından danışıb. Əsasəndə evdə hazırlanan heç bir qatqısı olmayan qatıq, ayran, kefirin tez-tez istifadəsini məsləhət görüblər.
Onların sözlərinə görə əgər biz nahar zamanı ət yemələri yeyiriksə üzərinə kifayət qədər miqdarda təzə tərəvəz və göyərti ilə yanaşı qatqısız hazırlanmış qatıq və ya kefir əlavə etməklə yeməyin yağlılığını, kalorisini 20-30% azalda bilərik. Bunu Antonina Starodubova, Moskva Səhiyyə İdarəsinin baş dietoloqu, RİA Novosti-yə bildirib.
Həkim qeyd edib ki, sosiska və vetçina əvəzinə az yağlı qaynadılmış ətə, məsələn, hinduşka və ya toyuq ətinə üstünlük vermək, sosiska üçün mayonez əvəzinə az yağlı xama və ya qatıqdan istifadə etmək daha yaxşıdır.
“Nəzərə almaq lazımdır ki, əksər sənaye məhsullarında əlavə qatqılar, böyük miqdarda şəkər olur. Onlardan istifadəni dayandırmaq lazımdır. Çünki, şəkər istehlakı piylənmə və əlaqəli xəstəliklərin inkişafına kömək edir”, – Starodubova vurğulayıb.
Mənbə: mail.ru