Baş xəbərMədəniyyət

Azərbaycan UNESCO Konvensiyasına üzv seçildi

Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyasının İştirakçı Dövlətlərin İclasının Yardımçı komitəsinə seçilib.

Xatırladaq ki, mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 1970-ci il UNESCO Konvensiyasına üzv ölkələrin toplantısı iki ildən bir keçirilir. Konvensiyanın Komitəsində bütün regionlardan cəmi 18 üzv ölkə təmsil olunur. Komitə üzvləri 4 illik seçilə bilər.

  • Yardımçı Komitənin əsas funksiyalarına konvensiyanın məqsədlərini təşviq etmək,
  • iştirakçı dövlətlər tərəfindən Baş Konfransa təqdim edilmiş milli hesabatların nəzərdən keçirmək,
  • konvensiyanın həyata keçirilməsinə töhfə verə biləcək tövsiyələrin və təlimatları hazırlanmaq və Üzv Dövlətlərin İclasına təqdim etmək,
  • problemli vəziyyətləri, o cümlədən mədəni sərvətlərin qorunması və qaytarılması ilə bağlı məsələləri müəyyən etmək,
  • mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə potensialın gücləndirilməsi tədbirləri ilə əlaqədar Geri qaytarma-restitusiya Komitəsi ilə əlaqələndirmənin yaradılması və saxlanılması
  • və bütün həyata keçirilmiş fəaliyyətlər barədə iştirakçı dövlətlərin iclasını məlumatlandırmaq daxildir.
Aynur Camal

Oxşar xəbərlər

Müdafiə Nazirliyinin rəhbər heyəti Quru Qoşunlarının hərbi hissələrinə baş çəkib

Aynur Camal

Toyda atışma açılıb: 1 uşaq öldü, 7 nəfər yaralandı

Kəmalə Sultan

“Azərbaycan hər zaman Türkiyənin yanındadır”!-VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu