21 C
Baku
28 İyun 2025, 0:16
Digər

Yaz günəşindən necə qorunaq? – KOSMETOLOQ MƏSLƏHƏTİ

Yazın gəlişi təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlərə yol açır. Belə problemlərdən biri də dərimizdə arzuolunmaz səpki və ləkələrin meydana gəlməsidir. Yaşından asılı olmayaraq, bir çox insan bu problemdən əziyyət çəkir.
Bugun.tv xəbər verir ki, dəridə yaranan sızanaq, ləkə və xoşagəlməz səpkilərin müxtəlif səbəbləri var. Bir çox hallarda bu problemin yaranmasına hormonal balansın pozulması, stress və allergiya da səbəb olur.
Dəridə yaranan qaşıntı, qızartı və civzə kimi problemlərə daha çox mövsüm dəyişikliyi zamanı, xüsusi ilə də yaz fəslinə keçid ərəfəsində rast gəlirik. Çox zaman bu hal, günəş şüalarının üz dərisini yandırması nəticəsində yaranır. Mütəxəssislər bu kimi problemlərin aradan qaldırılması üçün kosmetik vasitərlərdən düzgün istifadəni tövsiyə edirlər.
Kosmetoloq Nərgiz Səfiyevanın sözlərinə görə, dərimizdə yarana problemlər bu fəsildə daha tez üzə çıxır.

“Bu problemləri aradan qaldırmaq üçün də elə bu fəsil özü daha əlverişlidir. Dəriyə qullqu üçün ilk növbədə hər birimiz dəri tipimizi müəyyənləşdirməliyik. Yəni yağlı, ya da quru olduğunu bilməliyik. Quru dəri tipi olanlar, qarışıq və normal dəri tipləri ilə eyni kremdən, eyni maskadan istifadə edə bilməzlər. Bu fəsildə ilk növbədə günəşdən müdafiə kremlərindən düzgün şəkildə istifadə etməldirlər. Bununla yanaşı, dərimizi həm də düzgün təmizləməyi bacarmalıyıq”.
Müsahib deyir ki, çox zaman xanımlar dəriyə düzgün qulluq göstərmirlər. Kosmetik vasitələrdən sonra üz yaxşı təmizlənmədiyindən tonal krem və digər vasitələr dərinin altına, gözənəklərə dolur. Bundan başqa dəri tipinə uyğun olmayan kremlərdən istifadə etmək də səpkilərin zamanla ləkəyə çevrilməsinə şərait yaradır.
“Dəri səhər və axşam təmizlənməldir. Yatmazdan əvvəl əgər quru dərili xanımdırsa, nəmləndirici kremdən istifadə etməldir. Yox, əgər yağlı dərili xanımdırsa, yağ balansını yəni pH balansını normaya salan kremlərdən istifadə etməlidir. Bəzi tonal kremlər var ki, onlarda spf, yəni günəşdən qoruyucu faktorlar da vardır. Seçərkən buna üstünlük versələr, yaxşı olardı”.
Yaz-yay aylarında çox rast gəldiyimiz dəri problemlərindən biri də günəş şüaları ilə təmas nəticəsində yaranan ləkələrdir.
N.Səfiyevanın sözlərinə görə, yaz fəslində piqment ləkələri daha da aktiv olur. Bu günəş ləkələrindən ağdərili xanımlar daha çox ziyan çəkə bilərlər. Onlar günəşdən müdafiə faktorunu seçərkən kremlərdə gündən müdafiə faktoru daha yüksək olmalıdır. “Dəridə problemin yaranmasına qida faktoru da mühüm rol oynayır. Belə ki, düzgün qidalanmamaq və həzm sisteminin pozulması da arzuolunmaz ləkələrə yol aça bilir. Ona görə də mütamadi olaraq dəriyə qulluq göstərmək və yaranan problemə vaxtında müdaxilə etmək lazımdır ki, ciddi fəsadlarla qarşılaşmayasınız”,- kosmetoloq əlavə edib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Smolyaninov Ukrayna vətəndaşlığını almağa hazır olduğunu açıqladı

Bugün TV

Dənizi çirkləndirən gəmiyə üzmək qadağan edildi

İntizar Əmirova

Sığorta bazarında nə baş verir?-AÇIQLAMA+ÖZƏL

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu