26 C
Baku
10 Sentyabr 2026, 14:11
Digər

Tərtərdə hərbçilər üçün bayram şənliyi keçirilib-FOTOLAR

Tərtərdə hərbçilər üçün Novruz  bayramı münasibəti ilə şənlik keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra isə əsgər və zabitlər birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.

Bu barədə Bugun.tv-nin bölgə müxbiri İlqar Mehdizadə məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavini, ədliyyə General leytenantı Xanlar Vəliyev, Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı General leytenant Ənvər Əfəndiyev, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əsgər və zabitlər onlara olan diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu