Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev tibb sahəsində xidmətləri ilə fərqlənən bir qrup şəxsə “Səhiyyə əlaçısı” döş nişanını təqdim edib. Nazir təltif olunanları və bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara vacib və nəcib peşələrində uğurlar arzulayıb.
Bugun.tv xəbər verir ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, t.ü.f.d Yazgül Abdıyeva da təltif olunanlar arasındadır. O, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunması münasibəti ilə təşəkkür edib:
“Dövlətin səhiyyə işçilərinə olan diqqət və qayğısını hər zaman hiss etmişik. Səhiyyənin inkişafı, müasir standartlara cavab verən xəstəxanaların inşası və yenidən qurulması, əhalinin tibbi xidmətlərə əlçatanlılığının təmin edilməsi üçün Prezident İlham Əliyevin tapşırığı ilə zəruri tədbirlər görülür. Pandemiyada və Vətən müharibəsi dövründə də yaradılan şəraitin üstünlüklərinin, eləcə də tibb işçilərinin fədakarlığının, əhalinin sağlamlığının qorunması üçün yorulmaz fəaliyyətinin şahidi olduq.
Bir tibb işçisi kimi bizim də öhdəmizə düşən dövlətin yaratdığı imkanlardan istifadə etməklə əhalinin sağlamlığının qorunmasına dəstək olmaq, dövlətin səhiyyə işçilərinə qayğısını öz əməli işlərimizlə doğrultmadılar”,- Yazgül Abdıyeva qeyd edib.