Baş xəbər

Yazıçı-publisist Aydın Tağıyevin yeni kitabının təqdimatı keçirildi

Yazıçı-publisist Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən müəllif kitabın ərsəyə gəlməsi, ideya xətti və tarixi əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, nəşr Azərbaycan xalqının Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq–ordu–lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə hazırlanıb.

Müəllif qeyd edib ki, rəsmi sənədlər və tarixi faktlar əsasında hazırlanan kitab müstəqil Azərbaycanın Zəfər salnaməsini əks etdirən mühüm mənbələrdən biridir və milli yaddaşın qorunmasına xidmət edir.

Aydın Tağıyev, Qələbənin Memarı, kitab təqdimatı, Ali Baş Komandan, Zəfər tarixi, Azərbaycan Ordusu, kitab xəbəri, Bugun TVTəqdimatda kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Mürtəza Həsənov, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru Ramid Hüseynov və Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova çıxış edərək kitabın elmi və tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirin koordinatoru Ülvi Əlişov hazırlıq prosesində könüllülərin əməyini xüsusi vurğulayıb. Daha sonra kitabın redaksiya heyəti – baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə çıxış ediblər.

Sonda Aydın Tağıyev oxucuların suallarını cavablandırıb və iştirakçılar üçün kitablarını imzalayıb.

Mənbə: AZERTAC

Aynur Camal

Oxşar xəbərlər

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Bir gün rəhbərliklə

Bugün TV

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu