25 C
Baku
27 İyul 2024, 5:02
Mədəniyyət

Türk və Azərbaycan ədəbiyyatı gecəsi keçirilib

Türkiyə Yazıçılar Birliyinin Ankara Şöbəsi və Azaflı Sosial Yardım və Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə “Türk Dünyası Ədəbiyyatı – Azərbaycan Ədəbiyyatı” günü keçirilib.

Bugün.tv xəbər verir ki, tədbirdə Kərkük Dr. Şəmsəddin Kuzeci, Vəkil Arzuman Azaflı, Dr. Derya Akdemir, Dr. Körpə Şahid, Dr. Barış Cavid, şairlər Zeynep Naxçıvanlı, Çiçək Hesenova, Ankara Musiqi və Gözəl Sənətlər Lisansüstü Tələbəsi Afaq Xəqaniqızı və Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin üzvü, “Səda” Musiqi Kursunun müdiri Aytən Rəhimova çıxış ediblər.

Proqram çərçivəsində Türk Dünyası Ədəbiyyatı – Azərbaycan Ədəbiyyatı və Aşıq sənətindən danışılıb.

Tədbirdə “Azaflı Sosial Yardım və Kültür Dərnəyi”nin və “Türk Dünyası Kültür Evi”nin rəhbəri Arzuman Azaflı və Emis Mikayıl Zeynalov Azaflı “Qoca qartal” poemasının yazılma tarixindən danışıb. Arzuman Azaflı türk dünyası tarixində saz və qopuzun müqəddəsliyindən, ona verilən qiymətdən danışıb.

Tədbir Afaq Xaqanqızının “Ayrılıq” adlı Saz performansı ilə başa çatıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Hikmətin və müdrikliyin təcəssümü” kitabının təqdimatı keçirilib

Bugün TV

Nikolas Keyc hörümçək adam roluna namizəd oldu

Bugün TV

Dünya memarları Bakıya gəldi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu