rus yazıçı
Baş xəbərDünya

Yazıçıya bombalı hücum olundu

Bugun.tv-nin verdiyi xəbərə görə, Rusiyanın tanınmış millətçi yazıçılarından olan Zaxar Pripelinə bombalı hücum edilib.

Rusiya-Ukrayna müharibəsinə verdiyi dəstəyi ilə gündəmə gələn, hətta Donbas bölgəsində hərbi xidmətdə olarkən “ən çox ukraynalını bizim birlik öldürüb” deyə öyünən rus millətçi yazıçı Zaxar Prilepin bomba ilə hücuma məruz qalıb.

O bunu avqustun 15-də Rusiya televiziyasının müxbiri Aleksey Pivovarova müsahibə verərkən deyib.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, millətçi yazıçının avtomobilinə bomba qoyulub. Bombanın partlaması ilə yazıçı ağır yaralarla xəstəxanaya çatdırılıb. “Pripelin sağ qaldı, lakin yaralanıb və huşunu itirib” – xəstəxana rəsmiləri məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib: “Həqiqət üzə çıxdı: Vaşinqton və NATO daha bir beynəlxalq terror təşkilatı olan Kiyev rejimini qidalandırıb. Bu, ABŞ və Rusiyanın birbaşa məsuliyyətidir”.

Lakin Zaxaraova ittihamı təsdiqləyən heç bir sübut təqdim etməyib.

Digər tərəfdən, mükafatlı rus yazıçı Zaxar Prilepin Ukraynanın şərqindəki Donbasda xidmət etdiyi hərbi hissənin “çox insanı öldürdüyünü” və orada Ukraynaya qarşı döyüşdüyünə görə peşman olmadığını bildirərək reaksiya verib.

Aynur Camal

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Məktəblilər üçün interaktiv qlobus coğrafiyanı əzbərləmədən öyrənməyə kömək edir

Aynur Camal

Süni intellektə görə məlumat mərkəzlərinə qarşı qlobal etirazlar artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu