25 C
Baku
27 İyul 2024, 4:10
Mədəniyyət

Yeddi kürəkən

Rəhmətlik nənəm deyərdi ki, kürəkən var gül əkər, kürəkən var kül əkər. Kürəkən o vaxt kül əkir ki, qaynata bir həsir olur bir Məmmədnəsir. Məmmədnəsir dedim yadıma qonşum Nəsir kişi düşdü. Nəsir kişinin nə az, nə çox yeddi kürəkəni var idi. Nəsir kişi gecə-gündüz fikirləşirdi ki, necə eləsin kürəkənləri gül əksinlər. Ağlına bir fikir gəlir. Söz yayır ki, bir mücrü tapıb, ici dolu brilyantla. Bu xəbər kürəkənlərdən tez polisə çatır. Polis gəlir Nəsir kişini aparır. Nəsir kuşi and-aman edir ki, yalandan uydurmuşam, zarafat etmişəm. Nəsir kişinin zarafatı ona baha başa gəlir.

O, evə gəlib görür ki, yeddi kürəkən onu gözləyir. Birinci sualları bu olur: Mücrü hardadır?

Nəsir kişi özünü itirməyib deyir ki, mücrü polisdə qaldı. Kürəkənlər durub gedirlər kül əkməyə. Gecələr ilan vuran yatır, Nəsir kişi yatmır.

Gecə aglina bir fikir gəlir. Səhər kürəkənlərinə dedi ki, Parisdən uzaq qohumum zəng etmişdi. Dedi səndən başqa heç kimim yoxdur, vəsiyyət etmişəm var-dövlətim sənə qalsın. Arvadınla gəl gözləyirəm. Kürəkənlər bu xəbərə sevindilər. Nəsir kişiyə, arvadına bilet alıb, Parisə yola saldılar. Nəsir kişi arvadı ilə Parisi gəzib, gəldilər Eyfel qulləsinə. Orada yaşlı qadınla şəkil çəkdirib, kürəkənlərinə göndərdi. Yeddi kürəkən Nəsir kişinin toruna düşdülər. Başladılar gecə-gündüz gül əkməyə. Həftə ərzində bir neçə dəfə bazarlıq edirdilər. Nəsir kişi arvadı ilə yeyib- içib kef edirdilər. Qızların da işləri yaxşı gedirdi . Əvvəllər ərləri nə deyirdilər onlar deyirdi, baş ustə. İndi onlar nə deyir, ərləri deyir baş ustə. Yeddi kürəkən Parisdən xəbər gözləyirdilər . Nəsir kişi onlara baxıb, bığalti gülürdü. Kürəkənlər gül əkirdilər, Nəsir kişi onları əkdi.

 

Yazıçı-dramaturq Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

ƏMƏKDAR JURNALİST: 13 yaşlı qız uşağı ərə verilən kənd əhlinin hamısı cahildirmi?

Şükufə Ramizqızı

“Uçuş 811” filmi martın 10-dan etibarən kinoteatrlarda nümayiş olunacaq – FOTOLAR

Aynur Camal

Ümumxalq hüzn günü ilə bağlı “Cənnətə bilet”adlı tamaşa oynanılacaq.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu