Image default
Siyasət

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünü qeyd edilir

“Bu gün müasir, müstəqil və güclü Azərbaycanın formalaşmasında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünü qürurla qeyd edirik” – deyə millət vəkili Ceyhun Məmmədov öz sosial media hesabında paylaşım edib.

Deputat vurğulayıb ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti ilə əsası qoyulan bu Partiya, ölkəmizin dövlətçiliyinin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında və cəmiyyətin sabitliyinin təmin olunmasında əvəzsiz rol oynamışdır.

Bu gün isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni dövrün çağırışlarına cavab verən, müasir dövlət idarəçiliyinin simvoluna çevrilmişdir. Azərbaycanın hər bir uğuru, hər bir nailiyyəti bu Partiyanın ideyaları və məqsədləri ilə səsləşir.

Yeni Azərbaycan Partiyası — dayanıqlı inkişafın, milli birliyin və müstəqil dövlətçiliyin təməlidir.

Aynur Camal

Oxşar xəbərlər

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

Rusiya Dövlət Duması İlham Əliyevin Bakıdakı görüş açıqlamasını şərh etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu