Bugun.tv xəbər verir ki, BMW şirkəti 3 Series modelinin yeni nəslini təqdim edib. Yeni avtomobil markanın “Neue Klasse” dizayn yanaşmasının xüsusiyyətlərini daşıyır və 2027-ci ildə satışa çıxarılacaq.
Habertürk-ün məlumatına görə, yeni 3 Series ilk mərhələdə iki benzin mühərriki ilə təklif olunacaq. Hər iki mühərrik 48 voltluq yüngül hibrid sistemi ilə dəstəklənəcək. Şirkət daha sonra model ailəsinə digər mühərrik variantlarını və “Touring” adlı universal kuzalı versiyanı əlavə etməyi planlaşdırır.
Yeni model əvvəlki nəsillə müqayisədə böyüyüb. Avtomobilin uzunluğu 4,78 metrə çatıb və əvvəlki modeldən 52 millimetr daha uzundur. Bununla belə, baqaj həcmi 30 litr azalaraq 450 litrə düşüb.
320 versiyası 2 litrlik, dörd silindrli turbo mühərriklə təchiz edilir. Bu mühərrik 208 at gücü və 330 Nm fırlanma anı yaradır.

M350 versiyasında isə 3 litrlik, altı silindrli mühərrikdən istifadə olunur. Bu variant 420 at gücü və 580 Nm fırlanma anı verir.
Avtomobilin salonunda 17,9 düymlük mərkəzi toxunma ekranı və yeni rəqəmsal idarəetmə sistemi yerləşdirilib.
Mənbə: HaberTürk
