11 C
Baku
29 Aprel 2026, 17:33
Digər

Yeni dövr: hava limanında baqaj daşıyan insanabənzər robotlar sınaqdan keçirilir

Yaponiyada artan turizm axını və əmək çatışmazlığı fonunda hava limanlarında insanabənzər robotların istifadəsi üzrə yeni eksperimentə start verilib.

Məlumata görə, Japan Airlines Tokiodakı Haneda hava limanında robotların baqaj daşıma prosesində sınaqdan keçirilməsinə başlayıb. Layihə çərçivəsində robotların ölkədə uzunmüddətli əmək çatışmazlığı probleminin həllinə töhfə verməsi hədəflənir.

Sınaqlarda Çin istehsalı olan humanoid robotlar sərnişin baqajlarının daşınmasında istifadə olunur. İldə 60 milyondan çox sərnişin qəbul edən Haneda hava limanında bu texnologiyanın iş yükünü azaltması gözlənilir.

Şirkət rəsmilərinin bildirdiyinə görə, robotlar fiziki cəhətdən ağır işləri yerinə yetirərək əməkdaşların yükünü azaldacaq, lakin təhlükəsizlik kimi əsas funksiyalar insan işçilərin nəzarətində qalacaq.

Layihə 2028-ci ilə qədər davam edəcək və bu müddətdə robotların hava limanının müxtəlif əməliyyatlarında tətbiqi genişləndirilə bilər. Onların təyyarə kabinələrinin təmizlənməsi kimi əlavə işlərdə də istifadə olunması planlaşdırılır.

Rəsmilər qeyd edir ki, Yaponiyada eyni zamanda artan turizm və yaşlanan əhali əmək bazarında ciddi təzyiq yaradır. Rəsmi proqnozlara görə, 2040-cı ilə qədər ölkənin işçi qüvvəsi tələbatını qarşılamaq üçün milyonlarla xarici işçiyə ehtiyac yarana bilər.

Ekspertlərin fikrincə, bu cür avtomatlaşdırma layihələri hava limanlarında səmərəliliyi artırsa da, hələlik tam insan əməyini əvəz edə bilmir.

Mənbə: TheGuardian

Aynur Camal

Oxşar xəbərlər

Kolumbiya Prezidenti: Kapitalizm dünyanı müharibə və fəlakətə aparır

Aynur Camal

İran: ABŞ-ın “uzunmüddətli təzyiqinə birdəfəlik son qoymaq qərarı verilib

Aynur Camal

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri tam dayandıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu