DünyaHadisə

Yeni evlənən cütlük oteldə ölü tapıldı

Bugun.tv xəbər verir ki, Nevşehirin Ürgüp mahalının Ortahisar qəsəbəsindəki oteldə bal ayı keçirən cütlük ölü tapılıb. Əldə edilən məlumata görə, onlar həftəsonu məkana gəliblər. Cütlükdən xəbər ala bilməyən xidmətçilər otaq telefonuna zəng ediblər. Cavab verən olmadığını görən otel işçiləri şübhələniblər. Qapını açanda onları hərəkətsiz vəziyyətdə görüblər.
Dərhal bu barədə təcili yardıma məlumat veriblər. Hadisə yerinə polis və həkim briqadası gəlib. Onlar yeni evlənən cütlüyün həyatını itirdiyini müəyyən ediblər.
Meyitlər müayinə üçün Ürgüp Dövlət Xəstəxanasının morquna aparılıb.

Otel sahibi isə polis tərəfindən nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: NTV

Bugün TV

Oxşar xəbərlər

Sara Netanyahu: Uşaqlarım atasına görə təhqir və zorakılığa məruz qaldı

Aynur Camal

Quterreş: Yaxın Şərqdə müharibə nəzarətdən çıxıb

Aynur Camal

İran: ABŞ-a məxsus F-18 döyüş təyyarəsi vuruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu