Maraqlı faktlar

Yeni kəşf: Ərzaq robotları sınaqdan keçirilir

Britaniyanın Milton Keynes şəhəri kiçik robotlarla ərzaq çatdırılmasının pilot mərhələsini uğurla həyata keçir.

Le Monde-un xəbərinə görə, böyük it boyda və 6 təkərli olan robotlar saatda 6,5 km sürətlə hərəkət edir. Supermarket işçisi ərzaqları robotun bölməsinə yerləşdirəndən sonra maşın müstəqil olaraq müştərinin ünvanına yola düşür.

4,3 km-lik məsafəni 45 dəqiqəyə qət edən robot əsasən səkilərdə hərəkət edir. Yolda alçaq divara və velosiped dayağına çırpılsa da, sensorları sayəsində dayanıb maneəni aşmağı bacarır. Təyinat yerinə çatanda müştəriyə “Robotunuz gəldi” bildirişi gəlir və sifarişi tətbiqlə açmaq mümkün olur.

İkinci Dünya Müharibəsindən sonra salınan və enli səkiləri ilə seçilən Milton Keynes bu texnologiya üçün ideal şəhər hesab olunur. Britaniya hökuməti artıq təxminən 20 şəhərdə fəaliyyət göstərən bu robotların səkilərdə işləməsinə icazə vermək üçün qanunvericiliyi yenidən nəzərdən keçirir.

Mənbə: Le Monde

Aynur Camal

Oxşar xəbərlər

Alimlər göbələkdən qadın çantası hazırladılar

Aynur Camal

Aynur Camal

Sarı, yoxsa qırmızı qarpız? Mütəxəssislər hansı növün daha faydalı olduğunu açıqlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu