Malyariya xəsçəliyinin çarəsi var
DünyaHadisə

Alimlərin yeni kəşfi bu xəstəliyin qarşısını ala biləcək

Bugun.tv xəbər verir ki, alimlər malyariya xəstəliyinin ağcaqanadlardan insanlara keçməsini dayandırmağa kömək edə biləcək təbii yolla yaranan bakteriya növünü kəşf ediblər. Kəşfin təsadüf nəticəsində baş verdiyi bildirilir.

Tədqiqatçılar bu bakteriyanın dünyanın ən qədim xəstəliklərindən biri olan və hər il təxminən 600 000 insanın ölümünə səbəb olan malyariya ilə mübarizədə yeni vasitələrdən biri ola biləcəyini deyirlər.

İspaniyanın GSK əczaçılıq şirkətində çalışan elm adamları dərman hazırlama tədqiqatları zamanı ağcaqanad koloniyasının malyariya xəstəliyinin ötürülməsini dayandırdığını başa düşdülər.

Araşdırmaya rəhbərlik edən Dr Janneth Rodrigues bu barədə açıqlama verib. “Ağcaqanadlara yoluxma nisbəti azalmağa başladı və ilin sonuna doğru ağcaqanadlar artıq malyariya paraziti ilə yoluxmadı”, – bildirib.

Tədqiqat qrupu 2014-cü il təcrübəsinin nümunələrini dondurdu və nə baş verdiyini anlamaq üçün iki il sonra onları yenidən tədqiq etməyə başladı.

Araşdırmalar nəticəsində məlum olub ki, ətraf mühitdə təbii olaraq tapılan TC1 adlı xüsusi bakteriya növü ağcaqanadların bağırsaqlarında malyariya parazitinin inkişafının qarşısını alır.

Bugün TV

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu