DünyaMaraqlı faktlar

Yeni nəsil “yaşıl damlar” enerji qənaətində populyarlıq qazanır

Bugun.tv xəbər verir ki, dünyada ənənəvi kirəmit və metal dam örtüklərinə alternativ olaraq “yaşıl dam” adlanan yeni sistemlərə maraq sürətlə artır. Mütəxəssislər bildirirlər ki, bitki örtüyü ilə örtülən bu damlar binaların enerji səmərəliliyini artıraraq yayda sərin, qışda isə isti qalmasına kömək edir.

“Yaşıl dam” sistemi xüsusi izolyasiya qatları, drenaj sistemi və bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq qatından ibarətdir. Nəticədə binanın dam hissəsi kiçik bir bağa çevrilir.

Mütəxəssislərin sözlərinə görə, bu texnologiya yay aylarında günəş şüalarının təsirini azaldır, qışda isə istilik itkisini minimuma endirir. Bununla yanaşı, küçə səs-küyünü azaltmağa, yağış sularının toplanmasına və şəhərlərdə istilik adası effektinin zəifləməsinə də kömək edir.

Ekspertlər qeyd edirlər ki, yaşıl damların quraşdırılmasından əvvəl binanın əlavə yükü daşımaq imkanları qiymətləndirilməli, su izolyasiyası isə yüksək keyfiyyətlə həyata keçirilməlidir.

Mütəxəssislər hesab edirlər ki, enerji xərclərinin artdığı dövrdə yaşıl damlar həm ekoloji, həm də iqtisadi baxımdan perspektivli həllərdən biri hesab olunur.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Hesabat: Daha bərabər və yaşana bilən dünya qurmaq mümkündür

Aynur Camal

Disneyland Paris 34 ildən sonra da Disney-in sərmayəsini geri qaytara bilməyib

Aynur Camal

Google-dan imtina edildi: Qwant əsas axtarış sistemi olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu