Baş xəbərSiyasət

Gözlənilən yeni sülh müqaviləsi nə vəd edir?

Bugun.tv-yə müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, konkret addımlara ümid etmir: “Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Rəsmi İrəvanın açıqlamasına Bakıdan operativ və konkret cavab verilib. Fransa isə bölgəyə jandarma qrupu yollamaq istəyir. Ölkəmizin mövqeyi isə belə idi ki, Azərbaycan bundan sonra bölgədə hansısa hərc-mərclik və eyni zamanda qarşıdurma istəmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ölkəmizin sülh potensialı 5 vacib nəticəyə təsir edir: Birinci, bundan sonra bölgədə regional əhəmiyyətli böyük layihələrdə Güney Qafqaz tam iştirak edir; ikinci, Ermənistanın xarici gec faktorlarından asılılığı sona çatacaq; üçüncü, Azərbaycan mərkəzli yeni geostrateji rıçaq yaranacaq; dördüncü, bölgəyə xaos vəd edən tendensiyalar bitəcək; altıncı, regional rifah yüksələcək və bütün tərəflər bundan maksimum yararlanacaq”.

T.İsmayılovun qeyd etdiyi kimi, Azərbaycan ilkin olaraq 5 maddəlik təklif göndərib. Və bundan sonrakı mərhələdə əlavə şərtlər də ola bilər: “Hər halda, delimitasiya və sülh məsələsində irəliləyiş əldə etmək üçün Ermənistan işğalda saxladığı Qazax kəndlərindən və Kərkidən çıxmalıdır. Düşünürəm ki, bu məsələ əsas şərtlərdən biridir. Azərbaycan sülh üçün Ermənistana son şans olaraq bu ili göstərib. Ermənistan qurtulmaq və ayaqda durmaq istəyirsə, Azərbaycanın şərtlərini qəbul etməlidir. Bundan başqa, Gürcüstanın artıq əsas güc və nizamlayıcı kimi rolu var. Rəsmi Tiflis bu kontekstdə önəmli aktordur. Artıq Gürcüstan moderatorluğunun real nəticələrini görəcəyik”.

Aynur Camal

Oxşar xəbərlər

Hacı Zeynalabdin Tağıyev

Aynur Camal

Sahibə Qafarova qadın parlament sədrlərini minalarla bağlı məsələyə diqqət yetirməyə çağırıb

Aynur Camal

Qərb Rusiyanı məhv etmək üçün ona qarşı genişmiqyaslı müharibə aparır — Təhlükəsizlik Şurası ​

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu