DünyaSəhiyyə

Yeni xəstəlikdən 6 nəfər xəstəxanaya yerləşdirildi

Bugun.tv xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri mal ətinin səbəb olduğu Salmonella epidemiyasına görə ABŞ-ın şimal-şərq ştatlarında 16 nəfərin xəstələndiyini, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Xəstələrin faktiki sayının daha çox ola biləcəyi və başqa əyalətlərdə də müşahidə oluna biləcəyi qeyd edilsə də, araşdırmaların davam etdiyi bildirilib. Salmonella xəstəliyinin simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclərdə və immun sistemi zəif olanlarda zaman-zaman xəstəxanaya müraciət etmək lazım gələ bilər.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Piylənmə diaqnozunda yeni yanaşma: Təkcə boy və çəki kifayət etməyəcək

Aynur Camal

Şahzadə Corcun çəkdiyi balıqçıl quşunun rəsmi jurnalda dərc olunub

Aynur Camal

Melanoma əleyhinə fərdi peyvənd alan ilk pasiyentdə metastazların yox olduğu bildirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu