34 C
Baku
27 İyul 2025, 10:37
Baş xəbərDünya

Yeni yaşayış layihələri – briketlər hazırlanır

1 milyon suriyalı qaçqının ölkələrinə qayıtması üçün Bab, Cerablus və Tel Abyadda yeni yaşayış layihələri hazırlanıb.

Bugun.tv xəbər verir ki, Suriyadakı vətəndaş müharibəsi səbəbindən Dəməşq, Hələb, Dera, Həma və Homs, Deyr əz-Zor və Rakka kimi müxtəlif vilayətlərdən milyonlarla dinc sakin Türkiyə və Suriyanın şimalında sığınmaq məcburiyyətində qalıb.

Suriyada siyasi həllin həyata keçirilə bilmədiyi və çadırlarda həyat çətin olduğundan bölgədə fəaliyyət göstərən yardım təşkilatları son 2 ildə mənzil böhranını həll etmək üçün briket ev layihələrinə müraciət ediblər.

Müharibənin qurbanı olan ailələr tikintisi başa çatan minlərlə briket evinə yerləşdirilib.

Türkiyə də həmçinin evlərini tərk etmək məcburiyyətində qalan və ölkələrini tərk edən suriyalıların geri qayıtması üçün briket evi layihəsinə böyük əhəmiyyət verdiyini deyib.

Suriyalıların geri qayıtması üçün briket evi layihəsi AFAD rəsmilərinin koordinasiyası və nəzarəti altında həyata keçirilir.

Layihə çərçivəsində ölkənin şimal-qərbində İdlibdə və Zeytun Budağı və Fərat Qalxanı Hərəkatı bölgəsində Afrin, Bab, Azez, Soran, Akterin, İhtimlat və Çobanbey bölgələrində briket evlərinin tikintisi fasiləsiz olaraq davam edir.

Bu evlər Türkiyə, Suriya və xarici yardım təşkilatlarının və xeyriyyəçilərin dəstəyi ilə tikilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Polşa Ukraynaya dörd ədəd MiQ-29 qırıcısı göndərdi

Nigar Məmmədova

4,2 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Üçlük üçbucağının arasındakı gərginlik bitmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu