Baş xəbərDünya

Yenotlar evə basqın etdilər: Polis köməyə gəldi

ABŞ-da bir qadın yüzlərlə yenotun evini mühasirəyə alması səbəbindən polisə müraciət edib. Görüntülərdə yenotların evin ətrafında gəzdiyi görünür.

ABŞ-ın paytaxtı Vaşinqtonun Kitsap bölgəsində yaşayan qadın evini əhatə edən 100-dən çox yenotun öhdəsindən gələ bilməyib polisə müraciət edib.

Qadın demək olar ki, hər gecə yenotların evinin ətrafında dolaşaraq yemək axtardığını və altı həftədir ki, vəziyyətin getdikcə daha qorxulu hala gəldiyini bildirib.

Yerli polisin paylaşdığı videoda yüzlərlə yenotun evin ətrafında gəzdiyi görünüb.

 Polis yumoristik açıqlamada “Biz yenotlar üçün patruldayıq” deYiB.

Vaşinqton Dövlət Balıq və Vəhşi Təbiət Departamentinin rəsmiləri vəziyyəti “yenot istilası” kimi qiymətləndirib və yerli əhaliyə yenotlara yem verməmək barədə xəbərdarlıq edib.

MƏNBƏ: hurriyyət.tr

Aynur Camal

Oxşar xəbərlər

Maraqlı iddia: Yunanıstan S-300-lərini Ermənistana verəcəkmi?

Aynur Camal

Zelenskinin korteji qəzaya düşüb

Aynur Camal

Tər qoxusunun kabusunuz olmasına imkan verməyin: 24 saatlıq effektiv həllər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu