Yayılan xəbərdə bildirilir ki, Yer atmosferində yaxın günlərdə bir sıra magnetik fırtınalar baş verə bilər.
Meteoroloqlar proqnozlaşdırırlar ki, Günəşdən gələn yüksək enerji dalğaları Yer səthində geomagnetik dalğalanmalara səbəb olacaq. Bu cür magnetik fırtınalar xüsusilə qütb bölgələrində daha güclü hiss olunacaq və atmosferik sistemlərin aktivliyini artıracaq. Magnetik fırtınalar həmçinin peyk rabitəsinə və bəzi elektrik şəbəkələrinə təsir göstərə bilər.
Mütəxəssislər insanların bu dövrdə mobil siqnallar, naviqasiya cihazları və elektrik avadanlıqlarında mümkün qısamüddətli nasazlıqlara hazır olmalarını tövsiyə edirlər. Bundan başqa, bu proseslər Şimal və Cənub işıqlarının (Aurora) daha parlaq görünməsinə səbəb ola bilər ki, bu, xüsusilə yüksək enliklərdə maraqlı görüntələr yarada bilər.
Mənbə: mail.ru
