27 C
Baku
27 İyul 2024, 8:08
Baş xəbər

Yerin təkindən gələn SAĞLAMLIQ MÖCÜZƏSİ

Əsl şəfa mənbəyi olan Naftalan nefti Azərbaycanın təbii sərvətlərindəndir. Onun insan orqanizmindəki xəstəliklərin müalicəsində faydası çox böyükdür. Sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində istifadə edilir.

Nənə-babalarımız əsrlərlə bu möcüzəvi neftdən istifadə edərək faydasını görüblər. Mütəxəssislər bildirir ki, Naftalan nefti insanları ağrılardan xilas edir, psoriazı müalicə edir, əsəbləri sakitləşdirir və dərini yaxşılaşdırır.

Kurort şəhəri olan Naftalanda sanatoriyalar çoxdu. Lakin, kurortlar şəhərinin bir sanatoriyası da var ki, inanmıram xidmətindən istifadə edən kimsə ordan narazı qalsın. Bəli, bu Naftalan Müalicə və Sağlamlıq Mərkəzidir.

Bu neftin qeyri-adiliyi tərkibindəki təbii qazın və neftin digər yüngül fraksiyalarının cüzi miqdarda olması ilə əlaqədardır. Məhz buna görə də Naftalan nefti nəyinki zərərsizdi, əksinə şəfalıdı. Qısa arayış olaraq deyim ki, 2005-ci ildə ümummilli lider Heydər Əliyevin doğum günündə insanların istifadəsinə verilən bu sağlamlıq mərkəzi ötən 19 il ərzində minlərlə insana şəfa bəxş edərək onları xəstəliklərdən və ağrılardan xilas edib.

İnsanlara şəfa bəxş edən mərkəzdə pasientlərin gündəlik müalicəsi, qidalanması və dincəlməsi üçün hər bir şərait yaradılıb.

Ölkə başçısı cənab İlham Əliyev 2008-ci ildə Naftalan şəhərinə səfəri zamanı Naftalan Müalicə və Sağlamlıq Mərkəzinə baş çəkərək müalicə otaqları, laboratoriya və başqa şöbələrlə tanış olub. Mərkəzdəki müalicə üsulu və tibb avadanlıqları ilə maraqlanan Dövlət başçısı, tibb personalı və eyni zamanda yerli və əcnəbi ölkələrdən gəlmiş pasientlərlə söhbət edib.

Dörd korpusu və yüzə yaxın personalı ilə xidmət göstərən mərkəz bir sıra dövlət qrumları və möhtəbər təşkilatlarla, o cümlədən, Həmkarlar təşkilatları, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və digər müəsissələrlə müqavilə əsasında əməkdaşlıq edir.

Göstərdiyi qüsursuz və səmərəli fəaliyyətinə görə Naftalan Müalicə və Sağlamlıq Mərkəzi və onun direktoru İlqar Hüseynovun xidmətləri cənab Prezident tərəfindən yüksək qiymətləndirilərək “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, “Akademik Zərifə Əliyevanın 100 illiyi” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.

İlqar müəllim 2008-2018-ci illər ərzində Prezident yanında keçirilən Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına həsr olunmuş tədbirlərdə mütəmadi iştirak edib. Mərkəzin direktoru İlqar Hüseynov eyni zamanda bir çox ölkələrdə Naftalan neftinin təqdimatını apararaq bu şəfalı neftin faydalarını dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı.

İlqar Hüseynovun ölkənin sağlamlıq turizminə verdiyi töhfələr ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanır və göstərdiyi xidmətlər onu tanıyanlar tərəfindən daima yüksək qiymətləndirilir.

Aynur Camal

Oxşar xəbərlər

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

Aynur Camal

Almaniyada polisin saxlamağa çalışdığı şəxs dünyasını dəyişdi

İntizar Əmirova

İçməli suda təhlükə necə qorunmalı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu