Bugun.tv Müsavat -a istinadən xəbər verir ki , Gənc siyasi təhlilçi Aydın Səlimlinin “Rusiya Ukraynaya müdaxiləsindən sonra geosiyasi problemlərlə üzləşir” başlıqlı məqaləsi İngiltərədə yerləşən Avropa Siyasi Araşdırmalar Konsorsiumu (ECPR)-in portalı olan The Loop-da dərc olunub.
Başlığından bəlli olduğu kimi, məqalə Rusiyanın hərbi aqressiyasının Avropada doğurduğu nəticələrdən bəhs edir.