19 C
Baku
28 Oktyabr 2025, 8:13
Baş xəbərSiyasət

“Yerləşdirilən minalar hələdə təhdid olaraq qalır”

“Azərbaycanın otuz ildir davam edən qeyri-qanuni işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minalar mülki əhalinin təhlükəsizliyinə əsas təhdid və bu dağıdılmış torpaqların dirçəldilməsi üçün əsas maneə olaraq qalır”.

Bugun.tv xəbər verir ki, bunu ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviter hesabında paylaşaraq yazıb.

Eyni zamanda O, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Blekmenin rəhbərlik etdiyi nümayəndə heyətinin Ağdamda göstərdiyi fəaliyyətlərini də paylaşıb.

Qeyd edib ki, birgə aparılan minatəmizləmə işləri zamanı sahələrdə aşkar edilmiş minaların nəzarətli partlamasını həyata keçirir.

Nümayəndə heyətinin sədri Bob Blekmen isə məlumatında bildirilib ki, minaların harada yerləşdiyinə dair heç bir xəritə və ya diaqram yoxdur. Ayrı-seçkilik olmadan yerləşdirilən bu minalara basqın nəticəsində 300 dinc sakin həyatını itirib.

Aynur Camal

Oxşar xəbərlər

“Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir”

Aynur Camal

Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir

Nigar Məmmədova

Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu