17 C
Baku
24 Aprel 2026, 16:14
Baş xəbər

Agentliyin yaranmasından 2 il keçdi

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından 2 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 19 aprel tarixində Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Agentliyin yaradılması haqqında Fərman imzalayıb. Agentlik qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının dəstəklənməsi, qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və s. istiqamətlərdə fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Qurumun icraçı direktoru Aygün Əliyeva Bugun.tv-yə bildirib ki,
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
ötən iki il ərzində nizamnamə məqsədlərinə uyğun olaraq QHT-lərin inkişafı, onların stimullaşdırılması istiqamətində önəmli fəaliyyətləri icra olunub. “Bu xoş missiyada Agentliyin fəaliyyətinə dəstək olan, vətəndaş cəmiyyətinin inkişafında əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk”- Aygün Əliyeva əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu