Astronomlar “2026 JH2” adlı yeni asteroidin Yerə rekord dərəcədə yaxın məsafədən keçdiyini açıqlayıblar.
Bugun.tv– xəbər verir ki, təxminən 35 metr ölçüsündə olan asteroid bəzi peyklərdən belə daha yaxın məsafədən keçib.
NASA və digər müşahidə mərkəzləri obyektin Yer üçün təhlükə yaratmadığını bildirsə də, hadisə böyük maraq doğurub.
Asteroid mayın 10-da ABŞ-dakı Mount Lemmon Rəsədxanası tərəfindən aşkar edilib. Onun saatda təxminən 32 min kilometr sürətlə hərəkət etdiyi qeyd olunur.
Mənbə: LiveScience
