22 C
Baku
27 İyul 2025, 8:55
Sosial

Yetkinlik yaşına çatmayanlara tütün satanlar məsuliyyətə cəlb olunub

Bugun.tv xəbər verir ki, polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mənbə: DİN

Teymur Əziz

Oxşar xəbərlər

Pensiyalar bu tarixdə tam ödəniləcək

Aynur Əfəndi Zadə

Xərçəngi göstərən gözlənilməz bir simptomun adı açıqlandı

Aynur Camal

Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu