29 C
Baku
9 İyun 2025, 11:33
Sosial

Yetkinlik yaşına çatmayanlara tütün satanlar məsuliyyətə cəlb olunub

Bugun.tv xəbər verir ki, polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mənbə: DİN

Teymur Əziz

Oxşar xəbərlər

Sosial Tədqiqatlar Mərkəzi mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı jurnalistlər arasında sorğu keçirib

Bugün TV

ARB-də aparıcının bu çıxışı müzakirələrə səbəb oldu – Video

Nigar Məmmədova

Orucluğun 17-ci gününün duaları

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu