27 C
Baku
29 İyul 2025, 1:49
Baş xəbərHadisə

Yol-nəqliyyatı hadisəsi nəticəsində iki nəfər öldü

Səhər saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər dünyasını dəyişib.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Meşə yanğını nəzarət altına alındı

Bugün TV

Bloomberg: Fələstin dövlətinin qurulmasına HƏMAS da cəlb edilə bilər

Kəmalə Sultan

Qəhvəni düzgün içdiyiniz təqdirdə demans inkişaf riskini azaldır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu