Musrel Hasanov
Texnologiya

Azərbaycanlı ixtiraçı “TEXNOFEST”dəki qalibiyyətindən danışdı

Bugun.tv xəbər verir ki, İstanbul şəhərində keçirilən “TEXNOFEST”in qaliblərindən biri də ortopedik stomotoloq Mürsəl Həsənovdur.

Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Patent və Əmtəə Nişanları Qurumu, Beynəlxalq İxtiraçılar Assosasiyaları Federasiyasının təşkilatçılığı, Ümumdünya Əqli və Mülkiyyəti Təşkilatı, Türk Texnologiyaları komandasının dəstəyi ilə keçirilən fesivalda Azərbaycandan olan ixtiraçılar da qatılıb. Onlardan biri də “İSİF 23 : 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisində iştirak edən ortopedik stomotoloq Mürsəl Həsənov olub. Onun sözlərinə görə, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin ixtiraçılar arasında seçimi nəticəsində beş ixtiraçıdan biri olmaqla “TEXNOFEST”ə vəsiqə qazanıb. Sərgi müddətində təqdim etdiyi elastik protez dişlər böyük maraq doğrub və münsiflər heyəti tərəfindən gümüş medala layiq görülüb.

Texnofest Mürsəl Həsənov
Mürsəl Həsənov – Texnofest tərəfindən təqdim olunan sertifikat

“Bundan əlavə Şimali Makedoniya Respublikasının Sənaye Mülkiyyəti Dövlət idarəsi tərəfindən sertifikatla təltif olundum. Qeyd edim ki, dünyanın ən böyük texnoloji yarışı olan “TEXNOFEST” çərçivəsində təşkil edilən “İSİF23 : 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə 31 ölkədən 286 yerli və 138 xarici olmaqla ümumilikdə 424 ixtira nümayiş olunurdu. Bu ixtiralar içərisindən Azərbaycan adına medal qazana bilməyimlə qürur duyuram”.

Mürsəl Həsənov
Mürsəl Həsənov – Texnofest

Onu da deyək ki, sərgidə dünyanın müxtəlif yerlərindən – ABŞ, Çin, İndoneziya, Kanada və Şimali Makedoniya kimi ölkələrin dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Çin Oman üçün süni intellektlə işləyən 20 peykdən ibarət kosmik şəbəkə quracaq

Aynur Camal

Adobe süni intellektlə işləyən 10 yeni yaradıcı layihəsini təqdim etdi

Aynur Camal

Oyun həvəskarı kompüterin soyutma radiatorunu evin çölünə yerləşdirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu