Səhər saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər dünyasını dəyişib.
Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Belə ki, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.