19 C
Baku
28 İyun 2025, 8:08
Sosial

“Yol Polisi istifadəyə yararsız ət məhsulunun dövriyyəsinin qarşısını aldı”

“Qida məhsullarının daşınması zamanı sanitar-gigiyenik normalara və hüquqi tələblərə əməl olunması insanların sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə baş verən pozuntular ciddi nəticələrə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşən stasionar postunda xidmət aparan YPX əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlama nəticəsində yük yerində təxminən 600 kiloqram toyuq əti aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, məhsulun müşayiətedici sənədləri yoxdur, eləcə də qablaşdırma, daşınma və saxlanma qaydaları kobud şəkildə pozulub. Bu isə məhsulun istifadəyə yararlılığına əsaslı şübhə yaradıb”.

Bugun.tv xəbər verir ki, bu barədə məlumatı DİN-nin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev Facebook səhifəsində paylaşıb.

Əlavə olaraq o vurğulayıb ki, aşkarlanmış məhsul Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb:

“Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların həyat və sağlamlığını təhlükəyə atan halların qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir” deyə N. Əliyev bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Sağlamlığa təsir edən üç əsas faktor – Rəy sorğusu

Nigar Məmmədova

General-polkovnik cənab V.Eyvazov bəzi şəhər və rayonlara səfər edəcək

Aynur Camal

Nazir ağacəkmə aksiyasında iştirak etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu