28 C
Baku
19 İyul 2025, 11:03
Baş xəbərHadisə

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanıldı

Bugun.tv xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları yükdaşıma qaydalarını pozan şəxsi saxlayıb. Hadisə zamanı “saxla” işarəsi verilən “Howo” markalı, 21-BJ-353 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İbrahimov Rəhman Sahib oğlu polisin tələbinə tabe olmayıb.

Baş DYP İdarəsinin YPX Alayının VII taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Rəhman İbrahimov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İbrahimov inzibati qaydada həbs edilib.

Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, belə hüquqazidd əməllərə yol verən şəxlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək.

Kəmalə Sultan

Oxşar xəbərlər

Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət olundu- FOTOLAR

Aynur Camal

“Biz tam haqlı olaraq Qərbi azərbaycanlıların hüquqları mövzusunu beynəlxalq arenaya çıxarmışıq”

Nigar Məmmədova

Oğurluq və qaçaqmalçılıq əməliyyatı: 15 həbs

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu