Baş xəbərHadisə

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanıldı

Bugun.tv xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları yükdaşıma qaydalarını pozan şəxsi saxlayıb. Hadisə zamanı “saxla” işarəsi verilən “Howo” markalı, 21-BJ-353 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İbrahimov Rəhman Sahib oğlu polisin tələbinə tabe olmayıb.

Baş DYP İdarəsinin YPX Alayının VII taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Rəhman İbrahimov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İbrahimov inzibati qaydada həbs edilib.

Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, belə hüquqazidd əməllərə yol verən şəxlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək.

Kəmalə Sultan

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu