14 C
Baku
17 Fevral 2026, 22:27
Baş xəbər

Yollar buz bağlayacaq

 Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 08-i səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, sulu qar, axşama doğru isə qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 Bölgələrmizin bəzi yerlərində də sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Rayonlarda havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacaq. Yolar buz bağlayacaq.

Aynur Camal

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu