Image default
DünyaHadisə

“Yom Kippur” fanatik yəhudilərin Məscidül-Əqsaya basqını oldu

Bugun.tv xəbər verir ki, İsrail polisinin himayəsi altında olan fanatik yəhudilər “Yom Kippur bayramı” bəhanəsi ilə işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.

Qüds İslam Vəqfləri İdarəsi səhər saatlarından etibarən 317 fanatik yəhudinin qruplar halında İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın etdiyini açıqlayıb.

Şahidlərin sözlərinə görə, İsrail polisi basqın zamanı Şərqi Qüdsün Köhnə şəhərində nəzarət-buraxılış məntəqələri qurub və fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verməyib.

Təəssübkeş yəhudilərdən bəziləri də Məscidül-Əqsanın qapıları qarşısında mərasim keçiriblər.

İsraildə milyonlarla yəhudi yəhudilər üçün ən müqəddəs dini bayram olan və “Kəffarə günü” mənasını verən “Yom Kippur”u sentyabrın 24-25-də qeyd edir.

Yəhudi köçkünlər dini bayramlar zamanı Əl-Əqsa məscidinə basqınlarını artırırlar.

Bugün TV

Oxşar xəbərlər

İranın mərhum Ali Lideri Əli Xamenei Məşhəddə dəfn olundu

Aynur Camal

FSB: Rostovdakı hərbi aerodroma planlaşdırılan dron hücumunun qarşısı alındı

Aynur Camal

Meşə yanğını faciəsi: 12 nəfər həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu