17 C
Baku
10 İyun 2025, 8:59
Səhiyyə

Yoqa festivalı iştirakçıları bir araya gətirdi

Bugun.tv xəbər verir ki, paytaxtda Yoqa Festivalı təşkil olunub.

Bu barədə təlimçi İlhamə Şirinova televiziyamıza müsahibə verib. Onun sözlərinə görə, belə festivalların təşkili ölkədə meditasiyaya marağı daha artırır.

“Ümumilikdə, yoqa bədən, zehn və ruh arasında tarazlıq yaradır. O, hərəkət, nəfəs və meditasiya vasitəsilə həm fiziki, həm də zehni sağlamlığı gücləndirir. Müntəzəm yoqa stressi azaldır, daxili rahatlıq verir. Bununla hər kəsin məşğul olmasını tövsiyə edirəm”, – deyə, İ.Şirinova bildirib.

Festivalda iştirak edən qonaqlar arasında bioenerji uzmanı təlimçi Səbinə Dadaşova da olub. O, enerjinin insan həyatındakı rolundan danışıb. Təlim zamanı çıxışında iştirkaçılara bildirib ki, əslində hərkəsin öz enejisi vasitəsi ilə baş verənləri, gələcəyini, arzu və istəklərini gerşəkləşdirə bilər. Sadəcə, bu enerjidən düzgün istifadə etməyi bacarmalıdır.

Festivalda “Ümid yeri” Uşaq sığınacağının sakinlərinin əl işlərindən ibarət xeyriyyə sərgisi də təşkil olunub.

 

Aynur Camal

Oxşar xəbərlər

Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertinin rəyi

Aynur Camal

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova: “Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir”

Aynur Camal

Siqaret üçün “təhlükəsizlik limiti” yoxdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu