Bugun.tv xəbər verir ki, aylarla davam edən yorğunluq artıq insanların probleminə çevrilib.
Araşdırmalara görə, bu vəziyyətə xroniki diaqnozu qoyulduğu zaman artıq xüsusi müalicəsi olmayan proses anlamına gəlir. “Hər zaman yorğunam”, “Hər gün özümü yorğun hiss edirəm”, “İstirahət etsəm də əhvalım pis deyil”… Bu və bu kimi şikayətlərdən əziyyət çəkənlər çoxdur. Xroniki yorğunluq, həyat keyfiyyətini aşağı salaraq insana mənfi təsir göstərir.
İstanbul Təhsil və Araşdırma xəstəxanasının həkimi Yalçın Hacıoğlunun sözlərinə görə, yorğunluğun xroniki olması üçün 6 ay lazımdır. “Bunu bəzi meyarlara bağlamaq lazımdır. Şəxsin sosial və iş həyatını, fəaliyyəti araşdırılmalıdır. İnsanın gücünü itirməsinə səbəb olan və 6 ayı keçən yorğunluq xroniki xarakterizə edilir. Bu hiss insandan insana dəyişir. Çünki yorğunluğun qəbulu fərqlidir. Bəziləri əzələ ağrılarından, bəziləri baş ağrılarından, bəziləri isə yuxusuzluqdan şikayətlənir”.
Y.Hacıoğlu deyir ki, qidalanma yorğunluğu müalicə edə bilər. “Xroniki yorğunluğu olan insanın pəhrizi də həkimlər tərəfindən tənzimlənir. Bu zaman insanın yaşına və cinsinə görə hərəkət edilir. Qan testlərində çatışmayan minerallar varsa, onları tənzimləyirik. Əgər D vitamini çatışmazlığı varsa, onu əvəz etmək üçün gün işığını məsləhət görürük. Açıq havada gəzməyi tövsiyə edirik”.
Xroniki yorğunluq sindromundan əziyyət çəkən insanlar streslərini idarə etməlidirlər. Bunun üçün koqnitiv müalicələr tövsiyə olunur.
Mənbə: TRT Haber