25 C
Baku
27 İyul 2024, 6:40
Dünya

YouTube-da “bəyən” düyməsi yox oldu!

Google-dan təcili açıqlama gəlib.

Bu yaxınlarda “YouTube”un veb versiyasında “like” düyməsi itib və bu problem bütün dünya istifadəçilərinin diqqətinə düşüb. Google problemi təsdiqlədi və onu həll etmək üçün dərhal tədbir gördü.

Bu yaxınlarda platformanın veb versiyasında heç kimin anlaya bilmədiyi problem səbəbindən videoların altındakı “bəyənmə” düyməsinin itdiyi diqqət çəkib.

İstifadəçilərin qarşılaşdığı bu problem sosial media və Reddit kimi forum saytlarında müzakirə olunmağa başlasa da, YouTube-un mobil tətbiqində heç bir problem olmadığı öyrənilib.

YOUTUBE PROBLEMİ QISA MÜDDƏTDƏ HƏLL EDİB

İstifadəçilərin intensiv şikayətlərindən sonra Google problemin mövcudluğunu təsdiqləyib. Dəstək səhifəsində açıqlama verən YouTube rəsmiləri bəyənmə düyməsinin birdən-birə yoxa çıxdığını və bu məsələdən xəbərdar olduqlarını bildiriblər. Hazırda problemin həll olunduğunu açıqlayıblar.

Verge saytı problem zamanı aşağıdakı ekran görüntüsünü paylaşdı:

Webtekno-ya görə, YouTube-da bəyənmə işarəsi hazırda yerindədir. Artıq itmək ehtimalı yoxdur. Niyə belə bir şeyin baş verdiyi məlum deyil.

YouTube problemin baş verdiyi dövrdə bəyənmə funksiyasının işləməyə davam etdiyini, yalnız “baş barmaq yuxarı” işarəsinin itdiyini bildirib. Buna görə də qeyd etmək lazımdır ki, bəyəndiyiniz videolardan bəyənmələriniz silinməyəcək.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

ABŞ-nin Suriyadakı iki bazasına hücum oldu

Aynur Camal

İsrail ordusu qarşıdurmalarda ölən daha 12 əsgərin adını açıqladı

Bugün TV

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq-EKSPERTDƏN AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu