25 C
Baku
27 İyul 2024, 4:08
Kriminal

Yüksək rejimli həbsxanadan 2 məhbus qaçdı

Bugun.tv xəbər verir ki, Rio Grande do Norte əyalətinin Mossoro şəhərindəki həbsxanadan açıqlama verib. Qaçan məhbusların Rogerio da Silva Mendonça və Deibson Cabral Nascimento olduğu bildirilib.

Açıqlamada qeyd olunub. İki qaçağın ölkədə fəaliyyət göstərən böyük cinayət təşkilatı ilə əlaqəsi var. Akkoda qaldıqları həbsxanada baş verən iğtişaşdan sonra 2023-cü ilin sentyabrında Mossoroya köçürülüb.

Ədliyyə naziri Rikardo Levandovski mətbuat konfransında bildirib. Qaçanların tapılması üçün 300 təhlükəsizlik işçisi ayrılıb.

Levandovski həbsxana müdirinin işdən çıxarıldığını bildirib.

Qaçaqların həbsxanada davam edən təmirdən istifadə edərək qaçmış ola biləcəyinin düşünüldüyünü ifadə edən Levandovski, həbsxanaların nəzarət altında olduğunu. Narahatlığa ehtiyac olmadığını bildirib.

Hadisə ilə bağlı istintaq başladıldığını qeyd edən Levandovski, polisin qaçanların həbsxana yaxınlığındakı meşədə gizləndiyini düşündüyünü bildirib.

Bu hadisə Braziliyadakı beş yüksək təhlükəsizlik federal həbsxanasından birindən ilk qaçış idi.

Mənbə trthaber

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Müəllimi döyən 5 nəfər saxlanıldı

Teymur Əziz

Oğurluq edən şəxs saxlanıldı

Nigar Məmmədova

Belarus səfirliyinin binasına hücum edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu