Baş xəbərSosial

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçrildi

Bugun.tv-yə daxil olan məlumata əsasən, Dövlət Agentliyinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz İsmayılova və Fərrux Məhərrəmli ilə növbəti görüşü baş tutub.

Ülvi Mehdiyev qaliblərlə Dövlət Agentliyinin həyata keçirdiyi layihələr, yeni texnoloji trendlərin dövlət xidmətlərinə tətbiqi və peşəkar komanda quruculuğu istiqamətində fikirlərini bölüşüb. Həmçinin qaliblərin Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrdə iştiraklarına dair fikir mübadiləsi aparılıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Nərgiz İsmayılova və Fərrux Məhərrəmlinin mentorudur.

Aynur Camal

Oxşar xəbərlər

Art-terapiya üzrə beynəlxalq təlim proqramı uğurla başa çatdı

Bugün TV

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Aynur Camal

Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə 3 il müddətində müavinət ödəniləcək, mənzillərinə çıxarış veriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu