Dünya

Yunanıstan 2024-cü ildə tarixində ən isti qış və yayı yaşadı

Yunanıstan Meteorologiya İdarəsinin açıqladığı hesabatda 2024-cü il üçün temperatur və yağıntı məlumatları yer alıb.

Məlumata görə, ilin ən yüksək temperaturu iyunun 13-də Krit adasında 44,5 dərəcə olub. İlin ən aşağı temperaturu yanvarın 22-də Florinada 19,8 dərəcə şaxta kimi qeydə alınıb.

Bir gündə ən çox yağıntı 435 millimetrlə Halkidiki yaxınlığındakı Simon Petra monastırının ətrafında qeydə alınıb.

“2023-2024-cü illərin qışı ölkə tarixində ən isti qış, 2024-cü ilin yayı isə ölkə tarixində ən isti yay olub”, – məlumatda deyilib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Dəfn yeri üçün sertifikatları hədiyyə etmək dəb halına gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu