6 C
Baku
2 Aprel 2023, 0:29
Baş xəbərDünya

Yunanıstan beynəlxalq razılaşmaları pozub

 Bugün.tv “İhlas” xəbər agentliyinə istinadən bildirir ki, Yunanıstan beynəlxalq hüquqa məhəl qoymadan Egey dənizindəki  ‘Hərbi statusu olmayan adalara’ (GASA) zirehli texnika göndərib. Adalara yerləşdirilən piyadaların döyüş maşınlarının ABŞ-ın Yunanıstana bağışladığı maşınlar olduğu da məlum olub.

 Yunanıstanın beynəlxalq hüququ pozan GASA-lara qarşı fəaliyyətinə baxılıb. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Egeydə missiya uçuşları həyata keçirən Türk Silahlı Qüvvələrinə aid İHA-lar iki Yunan desant gəmisinin Lesbos və Samos istiqamətində olduğunu müəyyən edib.

 Sözügedən gəmilərin GASA statuslu Midilli adasına 23 ədəd taktiki təkərli zirehli texnikanı, Samos şəhərinə isə 18 ədəd taktiki təkərli zirehli texnika çatdırdığı da aşkarlanıb.

 Qeyd edək ki, gəmi ilə adalara gətirilən zirehli texnikaların görüntülərini Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları xəbər verib.

 Təhlükəsizlik mənbələri  isə 18 sentyabr və 21 sentyabrda baş verən bu hadisələri Yunanıstanın Türkiyəyə yaxın adaları silahlandırmaqda davam etdiyini və GASA statusunu pozduğunun ən bariz göstəricisi kimi qiymətləndirdi.

 Mənbələlər beynəlxalq hüquqa və müttəfiqlik ruhuna zidd olan bu təcavüzkar hərəkətləri “heç vaxt qəbuledilməz” kimi qiymətləndiriblər.

Oxşar xəbərlər

Çində insanlar susuz qala bilər

Aynur Camal

Braziliyada leysan yağışları nəticəsində ölənlərin sayı 60-ı keçib

Aynur Camal

31 Mart -Azərbaycan tarixinin qanlı səhifəsi…

Bugün TV

Şərh yazın