17 C
Baku
20 Aprel 2025, 17:34
Dünya

Yunanıstan Fransadan 16 gəmi əleyhinə raket alacaq

Artan geosiyasi problemlər xüsusilə Avropa ölkələrində müdafiə investisiyalarını artırıb. Yunanıstan və Fransa Fransa istehsalı olan Exocet raketləri ilə bağlı müqavilə imzalayıb. Yunanıstanın müdafiə naziri Nikos Dendias Fransadan 16 gəmi əleyhinə raket almaq üçün müqavilə imzaladıqlarını açıqlayıb.

Fransa istehsalı olan Exocet raketləri ilə bağlı müqavilə Dendias ilə Afinada səfərdə olan Fransa Silahlı Qüvvələr naziri Sebastien Lecornu arasında imzalanıb.

Sövdələşmənin məbləği açıqlanmayıb.

Yunanıstan və Fransa arasında 2021-ci ildə imzalanan müdafiə paktı çərçivəsində Yunanıstan üç Fransız freqatını və Dassault istehsalı olan 24 Rafale döyüş təyyarəsini almağa razılaşıb.

Yunanıstan ordusunu və 2036-cı ilə qədər modernləşdirməyə çalışır

O, həmçinin 25 milyard avroluq müdafiə planı çərçivəsində Fransadan dördüncü Belharra tipli freqat və qanadlı raketlər alacağını açıqlayıb.

Yunanıstanın müdafiə naziri Nikos Dendias

Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Keçmiş Mossad agentlərindən etiraflar gəldi

Aynur Camal

Şimali Koreyadan G7 ölkələrinə istirahət

Aynur Camal

Mask Taker Karlsonu həbs etmək çağırışlarına cavab verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu