25 C
Baku
27 İyul 2024, 4:00
DigərDünya

Yunanıstan hökumətindən Fələstini tanıması tələb olunub

Yunanıstandakı müxalifət partiyaları hökumətdən İspaniya, İrlandiya və Norveç kimi Fələstin dövlətini tanımağa qərar verməsini tələb ediblər.

Yunanıstanda əsas müxalif Radikal Sol Alyansın (SYRIZA) yaydığı bəyanatda Fələstinin iki dövlətli həll yolunun dəstəkləndiyi və hökumətin bu mövzuda təşəbbüs göstərməyə çağırıldığı bildirilib.

“Biz Yunanıstan hökumətinin bu məsələdə təşəbbüs göstərməsi üçün mübarizə aparırıq”. Açıqlamada, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olacağı və xalqın sülh içində yaşaya biləcəyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları və 1967-ci il sərhədləri əsasında iki dövlətli həll yolunu dəstəklədikləri qeyd edilib.

Panhellenik Sosialist Hərəkatının (PASOK) parlament nümayəndəsi Dimitris Mancos parlamentdəki çıxışında Yunanıstanın Fələstin dövlətini tanımalı olduğunu vurğulayıb. Mankos bildirib ki, bölgədəki qarışıqlığın qarşısını ancaq BMT-nin qərarı ilə Fələstin dövləti qurmaqla almaq olar.

Yunanıstan Kommunist Partiyası (KKE) isə Fələstin dövlətini tanıması üçün hökumətə təzyiq edərək, Xarici İşlər Naziri Yorgos Yerapetritisə parlament sualı təqdim edib. Təklifdə “Hökumət 1967-ci il sərhədləri daxilində və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin tanınması ilə bağlı nə etməyi planlaşdırır?” sualı verilib.

“Fələstin dövlətinin tanınmasına münasibət bildirin”

Freedom Cruise prezidenti Zoi Konstantopulu parlamentdəki çıxışında hökumətə müraciət edərək, “Fələstin dövlətinin tanınmasına münasibət bildirin. Artıq bunu 3 AB üzvü dövlət bunu qəbul edib, digərləri də bu addıma qoşulacaq” deyib.

Konstantopulu həmçinin baş nazir Kiriakos Mitsotakisdən İsrailin baş naziri Binyamin Netanyahu hökumətinin törətdiyi cinayətləri pisləməyi xahiş edib.

Yunanıstan parlamentində təmsil olunan Yeni Sol Partiyası dünən Yunanıstandan İspaniya, İrlandiya və Norveç kimi Fələstin dövlətini tanımağa qərar verməsini tələb edib.

Norveç, İrlandiya və İspaniya Fələstini tanıyacaqlarını açıqlayıblar.

2015-ci il dekabrın 22-də Yunanıstan parlamenti o vaxtkı Yunanıstan parlamentinin sədri Nikos Vuçisin Fələstinin dövlət kimi tanınması lehinə verdiyi tövsiyəni yekdilliklə qəbul edib.

Parlamentin bu qərarı Yunanıstanın Fələstini rəsmən tanıması ilə bağlı hökumətə tövsiyə idi. Səsverməni o vaxt Yunanıstanın baş naziri Aleksis Çiprasla birlikdə parlamentə gələn Fələstin prezidenti Mahmud Abbas da izləyib.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15 min 103-ü uşaq, 9 min 849-u qadın olmaqla 35 min 709 fələstinli həlak olub, 79 min 990 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Hizbullahın səhra komandiri öldürüldü

Aynur Camal

Valentina Matviyenko: “Rusiya Afrika ölkələrinə taxıl və gübrə göndərməyə davam edəcək”

Nigar Məmmədova

Narıncı xəbərdarlığı edildi!

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu