28 C
Baku
10 Sentyabr 2024, 19:09
Baş xəbərDünya

Yunanıstan qorxulu yuxu yaşadı: Bir gecədə 31 min dəfə ildırım çaxdı

Yunanıstanda dünəndən bəri yaşanan əlverişsiz hava şəraiti on minlərlə ildırım çaxmasına səbəb olub. Buludlarda güclü elektrik boşalması baş verdi. Meteorologiya Departamentinin hesabatına görə, ildırım 31 min dəfə düşüb.

Yunanıstan Meteorologiya İdarəsi ölkədə son 44 ilin ən uzun isti dalğasının yaşandığını bildirib. Avqust ayında Yunanıstan da böyük meşə yanğınları ilə mübarizə aparıb. Dünəndən bəri yaşanan əlverişsiz hava şəraiti də 31 min ildırım çaxmasına səbəb olub.

Xüsusilə ölkənin qərb rayonlarında müşahidə olunan ildırım və şimşək leysan yağış və dolu ilə müşayiət olunub. Meteorologiya Departamenti sentyabr ayında ölkədə havanın temperaturunun mövsümi normadan yüksək olacağı ilə bağlı proqnozunu bölüşüb.

1980-ci ildən bəri ən uzun sürən istilik dalğası

Digər tərəfdən, Meteorologiya İdarəsinin məlumatına görə, iyul ayında 16 gün davam edən həddindən artıq istilər 1980-ci ildən bəri ən uzun istilik dalğası olub.

Avqustun 11-də Afina yaxınlığındakı Varnavasda başlayan və ilin ən böyük fəlakəti sayılan yanğında 146 ev yararsız hala düşüb.

Avropa Birliyinin (AB) Copernicus peyk izləmə sistemi ilə edilən ölçmələrə görə, bu yanğınlarda 104 kvadrat kilometr ərazinin yandığı ifadə edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Hindistan adı dəyişdirilə bilər

Kəmalə Sultan

Polis ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsi saxladı

Kəmalə Sultan

600 zərərçəkən ailə üçün konteyner çadrlar qurulur

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu