Bugun.tv xəbər verir ki, Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan FETÖ-çuların da olduğu 6 nəfər yaxalanıb.
TRT Haber-in məlumatına görə, Milli Müdafiə Nazirliyi (MSB) qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 6 nəfərin tutulduğunu açıqlayıb. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb: “Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Sərhəd Qartallarımız ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 6 nəfəri yaxaladılar. Araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 4-nün FETÖ terror təşkilatı üzvü olduğu müəyyən edilib. ”
Müxbir: İntizar Əmirova
